Always Learning


BTEC proqramının hər sahəsi 5 səviyyədən ibarətdir. 1-dən 3-ə qədər olan səviyyəni 14 yaşından 18 yaşına qədər tamamlamaq olar. 3-4-5 -ci səviyyələri isə 18 yaşından yuxarı olanlar bitirə bilərlər.

BTEC-in bu səviyyələrini tamamlayanlar avropanın beynəlxalq təhsil sisteminə uyğun olaraq bakalavr və magistr dərəcələrinə uyğun sənəd almış olurlar.

BİTEK kvalifikasiya strukturu elə tərtib olunmuşdur ki , həm tələbələrin həm də işə götürən şirkətlərin tələblərinə ehtiyacına uyğundur.

  • Hər peşə üzrə mütəxəssisin yetişdirilməsi üçün lazım olan şərait yaradılır.
  • Kursun məqsədi seçilmiş sənət üzrə tələbənin bu sahədə biliyini artırmaq və onu bu sahədə gərəkli peşəkar kimi yetişdirməkdir.

BTEC Level 1

Bu mərhələ peşəyə marağı olan 14+ yaş qrupu üçün nəzərdə tutulub. BTEC Səviyyə 1 həm BTEC 2 mərhələsinə hazırlıq həm də gələcəkdə təhsili davam etdirmək üçün möhkəm zəmin yaradır.

BTEC Level 2

Bu kvalifikasiya iş imkanlarını genişləndirmək istəyən 14-16 yaş qrupu üçün nəzərdə tutulub. Onların yerli kvalifikasiya tələblərinə uyğun olan akademik proqramlar təklif olunur. BTEC tələbələri sonrakı mərhələyə BTEC 3, Edexcel, GCE A LEVEL dərəcələrinə keçə bilərlər. Alternativ olaraq öz təhsillərini dövlət proqramlarına uyğun davam etdirə bilərlər.

BTEC Level 3

BTEC 3 16-18 yaş qurupu üçün nəzərdə tutulub. Bu mərhələ seçilmiş peşə üzrə bilik və bacarığı artırır. Bu həm ali təhsili almağa həm də işlə təmin olunmağa kömək edir. Bu səviyyə gələcəyini aydın təsəvvür edənlər və hansı peşə sahibi olacağını bilənlər üçün ideal seçimdir.

BTEC 3 Səviyyəsi dünyanın hər bir yerində işə götürənlər tərəfindən işçinin peşə ilə bağlı təkmilləşdirilməsi kimi qiymətləndirilir.

BTEC Level 4

HNCs ya tam 1 il ərzində yada hissə-hissə 2 il ərzində 19 yaşdan yuxarı tələbələr üçün nəzərdə tutulub. Bu proqramı bitirənlər universitetdə dərhal ikinci tədris ilinə qoşula bilərlər. Onlar həmçinin HNC 5-ci səviyyəyə qatıla bilərlər hansı ki seçdikləri peşənin daha yüksək pillələrinə qalxmaq imkanı yaradacaq. HNC peşəkar imkanları artırır.

BTEC Level 5

HND bu proqram 19 yaşdan yuxarı olanlar üçün nəzərdə tutulub. Tam və yaxud yarım iş günü ilə təmin olanlar üçün əlverişlidir. İndi ali təhsili davam etdirmək üçün bir imkandır və sizin üniversitetin 3-cü təhsil ilinə qoşulmaq imkanınız var. Eyni zamanda tədris zamanı sizin bir peşəkar kimi tanınmanıza şərait yaradır.

Pearson-nun aparıcı kvalifikasiya brendi olan Edexcel 20 ilə yaxındır ki, insanların müxtəlif biliklərə yiyələnərək həyatda uğur qazanmasına yardımçı olur.

Pearson-nun Edexcel kvalifikasiyalarına dünya səviyyəli akademik və ümumi kvalifikasiyalar həmçinin GCSE, A səviyyəsi və Beynəlxalq GCSE(Orta təhsil haqqında sertifikat),Funksional bacarıqlar və NVQ daxildir.

Bizim kvalifikasiyalar qabaqcıl yanaşma ilə beynəlxalq məzmunu özündə birləşdirərək bugünkü qlobal iqtisadiyyatda bu kvalifikasiyalardan faydalananların tam potensiallarına çatmasına şərait yaradır

Şagirdlərin biliyini artırmaqla yanaşı həmçinin onların bacarıqlarının da inkişaf etdiriləməsi üçün tərtib olunan Edexcel kvalifikasiyaları şagirdlərin ya ali təhsil səviyyəsinə keçməyinə ya da birbaşa iş mühitinə qoşulmalarına imkan yaradır.
Bu kvalifikasiyalar Britaniya təhsil sisteminin keyfiyyətinə və ənənələrinə əsaslanaraq həm müasir Birləşmiş Krallıq həmçinin də Beynəlxalq şagirdlərə uyğun hazırlanmışdır. Edexcel kvalifikasiyaları 14 -19 yaş arasında olan şagirdlər üçün nəzərdə tutulmuşdur.

LCCİ(London ticarət və sənaye şurası) dünya təhsil sisteminin lideri olan Pearson İnternational şirkətinin bir hissəsi olaraq Maaliyyə,Marketing və müştəri xidməti,Biznesin İdarəedilməsi,İnformasiya və Rabitə Texnologiyası, İngilis dili üzre mütəxəssis hazırlayan bir qurum kimi tanınır.

120 ölkədə 5000-dən çox olan mərkəzlərimizdə LCCİ –ın sertifikatlaşdırmasından keçən şəxslərə dünya işçi bazarında tələbat yüksəkdir və istəyi olanların isə ali məktəblərdə təhsillərini davam etdirmək imkanı var.
Hər il təxminən 250 000 namizəd LCCİ İQ(beynəlxalq kvalifikasiya) qeydiyyatından keçir. LCCİ kursunu uğurla başa vuran namizədlər beynəlxalq sertifikatlar alırlar.

LCCİ Beynəlxalq ixtisaslaşmasına daxil olan ixtisaslar

  • Maaliyyə və kəmiyyət
  • İxtisaslaşmış ingilis dili
  • Marketinq və Müştəri xidməti
  • Biznesin idarəedilməsi və informasiya və rabitə texnologiyası
  • Mühasibatçı diplomu

LCCİ Sertifikatının yaratdığı imkanlar

  • Əla bacarıqlar
  • Dunya işçi bazarında yüksək tələbat
  • Böyük Britaniyada təhsil almaq imkanı
  • Çoxsaylı bacarıqlarda səriştəli olmağın sübutu
  • Akreditasiyası olan və keyfiyyəti təmin eden etibarlı ad
  • Namizədin şəxsiyyətinin yoxlanılması

150 ildən çoxdur ki,London Universiteti digər ölkələrdən olan tələbələrə dərəcələr təqdim edir.Bu gün London Universitetinin Beynəlxalq Proqramında 180 ölkədən 50000 tələbə qeydiyyatdan keçib.
London İqtisadiyyat Məktəbinin tələbinə uyğun olaraq Beynəlxalq Hazırlıq proqramı təkmilləşdirilmişdi və London Universitetinin Beynəlxalq proqramı kimi təqdim olunur.
London İqtisadiyyat Məktəbi tərəfindən tam məsuliyyətlə tərtib olunan proqram tələbələri gələcəkdə tələb olunan imtahanlara hazırlayır.

Proqramın strukturu
Tələbələrdən tələb olunur ki,Riyaziyyatdan 15 krediti,Statistikadan 15 krediti və qalan 15 krediti digər uç kursdan tamamlasınlar:iqtisadiyyat,siyasət,sosial psixologiya və ya sosiologiya
Tədris materialları
Tədris üçün lazım olan bütün lazımi materialları özümüz təqdim edirik.İstifadə olunan materiallar eyni zamanda rəqəmsal formatda da təqdim olunur. Bütün tələbələr London Universitetinin kitabxanasına online daxil ola bilərlər.
İngilis Dili
Beynəlxalq Hazırlıq Proqramına qoşulmaq istəyənlər İELTS –dan 5.5(5.0 dan az olmamaq şərti ilə) bal toplamalıdırlar. Kurslar İELTS 6.5 səviyyəsində,dəstək lazım olarsa yerli tədris mərkəzləri tərəfindən əlavə olaraq ingilis dilində açıqlanır.

EDİ CertTEFL TEFL sertifikatlaşdırmasının ən yüksək səviyyəsidir.Proqram 140 saat TEFL ( İngilis dilini xarici dil kimi tədris edən müəllimlərin hazırlığı) və 6 saat müşahidə olunan tədris təcrübəsindən ibarət tələbə əsasən, ən yüksək mövqe əldə etmək imkanını verir.EDİ CERT TEFL səviyyəsi CELTA-ya bərabərdir

EDİ CertTEFL sayəsində dünyada ən yüksək standartlara cavab verən tədris ocaqlarında dərs deyə bilərsiniz.Bu sertifikat Britaniya Şurasının tələblərinə cavab verir və onlar tərəfindən yüksək qiymətləndirldiyi üçün Böyük Britaniya məktəblərində də dərs deyə bilərsiniz.

EDİ Böyük Britaniya dövləti tərəfindən tanınan tədris və təlim proqramlarını gerçəkləşdirən və akreditasiya alan bir qurumdur. Dünyanın 100 dən çox ölkəsində tanındığına görə EDİ CERTTEFL sizə işlə təmin olunmaqda yardımçı olacaq.




Əlaqə
Ünvan: 88 Şamil Əzizbəyov küçəsi
Bakı, Azərbaycan
AZ1009
Tel: +994 12 505 67 88
Mobil: +994 50 710 03 03
Email: info@oxbridgedu.org.uk
Qaydalar
Qaydalar