Always Learning


A səviyyəsi(A level)

A səviyyəsi haqqında

A səviyyəsi proqramı üzrə adətən orta təhsil sertifikatı və ya beynəlxalq orta təhsil alındıqdan sonra başlanılır. Lakin, eyni zamanda bu proqrama qəbul üçün heç bir yaş məhdudiyyəti qoyulmur. Proqram çərçivəsində şagirdlər seçilmiş fənnlərə aid olan nəzəriyyələri öyrənir və bir sıra araşdırma yönümlü tapşırıqlar yerinə yetirirlər. Bu proqram adətən iki il müddətində olmaqla məktəblərdə və ya kolleclərdə tədris olunur.

A səviyyəsini nəyə görə seçməli?

Məktəblər, kolleclər, universitetlər və işəgötürənlər tərəfindən yüksək dəyərləndirilən A səviyyəsi proqramı karyera və növbəti təhsil pillələri üçün geniş imkanlar yaradır. 60 ildən artıq təcrübəyə malik bu proqram kvalifikasiyaları tələbə və şagirdlərin bilik və bacarığının düzgün qiymətləndirilməsi üzrə etalona çevrilmişdir.

Şagird hansı fənnləri seçə bilər?

Edexcel A səviyyəsi Tarix kimi ənənəvi fənnlərdən tutmuş Mühəndislik kimi tətbiqi fənnlərə qədər olmaqla 40-dan artıq fənni özündə cəmləşdirir.

Fənnlər və onların məzmunu haqqında ətraflı məlumatı Edexcel-in saytından və ya bizimlə əlaqə saxlayaraq əldə etmək mümkündür.

A səviyyəsi üzrə qiymətləndirmə necə aparılır?

A səviyyəsi üzrə qiymətləndirmə A* ən yüksək və E keçid qiyməti olmaqla A* və E arasında dəyişir. Keçid balını keçə bilməyən və beləliklə də E qiymətini ala bilməyən tələbə isə U (unclassified) yəni, təsnif edilməmiş olaraq qiymətləndirilir.




Contact Info
Address: 88 Shamil Azizbeyov Street
Baku, Azerbaijan
AZ1009
Tel: +994 12 505 67 88
Mobile: +994 50 710 03 03
Email: info@oxbridgedu.org.uk
Pearson VUE test centre: 38 Uzeyir Hajibeyov Street
Baku, Azerbaijan
AZ1000
Mobile: (+99455) 331 72 20
Email: info@oxbridgedu.org.uk
Regulations
Policy