Always Learning


Edexcel Beynəlxalq Ümumi orta təhsil sertifikatı

Edexcel Beynəlxalq Ümumi orta təhsil sertifikatı haqqında

Edexcelin bu proqramı dünyadakı tələbələri A səviyyəsinə və ya iş mühitinə hazırlamaqla onları daha yaxşı gələcəyə doğru istiqamətləndirir.

Müxtəlif fənn mütəxəssisləri tərəfindən hazırlanan və daim nəzərdən keçirilən bu proqramın tərkibinə xüsusi beynəlxalq məzmun əlavə edilməklə onun başqa ölkələrdəki tələbələr üçün uyğun olması təmin edilmişdir.

Edexcel Beynəlxalq Orta təhsil haqqında ümumi sertifikatı nədir?

40-dan artıq fənndən ibarət olan Edexcel Beynəlxalq ümumi orta təhsil sertifikatı 14-16 yaşlı şagirdlər üçün nəzərdə tutulmuşdur. Bu sertifikat Birləşmiş Krallığın ümumi orta təhsil sertifikatına ekvivalent sayılır və A səviyyəsinə keçid üçün əsas tələb hesab olunur.

Bu proqram üzrə təhsil alan şagirdlər bütün imtahanlarını bir qayda olaraq proqramın sonunda verirlər. Qiymətləndirmə isə A* ən yüksək və E keçid qiyməti olmaqla A* və E arasında dəyişir. Keçid balını keçə bilməyən və beləliklə də E qiymətini ala bilməyən tələbə isə U (unclassified) yəni, təsnif edilməmiş olaraq qiymətləndirilir.

Hal-hazırda Asiya, Afrika, Avropa, Yaxın Şərq və Latın Amerikası ölkələrində Edexcel Beynəlxalq ümumi orta təhsil sertifikatı proqramı üzrə 100 000–dən artıq şagird təhsil alır.




Contact Info
Address: 88 Shamil Azizbeyov Street
Baku, Azerbaijan
AZ1009
Tel: +994 12 505 67 88
Mobile: +994 50 710 03 03
Email: info@oxbridgedu.org.uk
Regulations
Policy